Son sutkada xüsusi karantini pozanların sayı açıqlanıb

Xəbərlər

24.06.2020 - 14:05

cedabet dərman SEO Xidməti

Karantin qaydalarını pozan 1082 nəfər cərimələnib

 

Son sutka ərzində Azərbaycanda xüsusi karantin qaydalarını pozan şəxslərin sayı açıqlanıb. Bu barədə AYNA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 23.06.2020-ci il saat 00:00-dan 24.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 866 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1 082 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

Gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 197 nəqliyyat vasitəsi rayon, 164-ü isə paytaxt istiqamətinə olmaqla 361 avtomobil geri qaytarılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş