Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib

Cəmiyyət

01.04.2021 - 19:11

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 263 961 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 985 nəfər müalicə olunaraq sağalıb, 3 593 nəfər vəfat edib, aktiv xəstə sayı 21 383 nəfərdir.

 

Son sutka ərzində 14 375, hazırkı dövrədək isə 2 888 033 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş