Son sutkada 16 nəfər COVID-19-dan vəfat edib

Cəmiyyət

13.05.2021 - 20:13

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 1 427 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 328 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 311 198 nəfər müalicə olunaraq sağalıb, 4 742 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 728 nəfərdir.

 

Ötən müddət ərzində 3 360 900 test aparılıb. Bugünkü test sayı isə 7 233-dür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş