Mal və materiallar formasında verilmiş aktivlər hesabına kiçik təsərrüfatlar qurulub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.
Nazirlikdən AYNA.AZ-a məlumata görə, son bir həftədə paytaxt və regionlarda 176 nəfər işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində aktivlərlə təmin olunub.
Mal və materiallar formasında verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub.
Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarəolunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirdikdən sonra isə biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.