Səfər gələn aya planlaşdırılıb
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana gələcək. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Simonyan özü deyib.
Qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. Bu dəfə o, Azərbaycana səfər edəcək.
Simonyanın sözlərinə görə, səfər zamanı texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu ilin iyun ayında ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək, həmin vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Armen Qriqoryanla görüşmüşdü.