Şimali Makedoniya Prezidenti Zəfər parkını ziyarət edib

Xəbərlər

11.03.2025 - 15:03

Həkimlər Klinikalar SEO Xidməti

Qordana Silyanovska-Davkova abidənin önünə əklil qoyub

Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də Bakıda Zəfər parkını ziyarət edib. AYNA.AZ xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Şimali Makedoniya Prezidenti Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Şimali Makedoniya Prezidenti Zəfər parkını ziyarət edib Şimali Makedoniya Prezidenti Zəfər parkını ziyarət edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş