“Şimali Koreya-ABŞ münasibətlərinin yaxşılaşdırılması fonunda aparılan danışıqlar indi ümidsiz görünür”
Şimali Koreya ABŞ-ı gərginliyi artırmaqda ittiham edib və ABŞ-ın hərbi təhdidlərinə qarşı yeni qüvvələr yaradacağını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər naziri Ri Son Qvon ölkənin Mərkəzi Xəbər Agentliyinə (KCNA) açıqlama verib.
Ri Son Qvon ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin münasibətlərində heç bir irəliləyiş olmadığını söyləyib: “Şimali Koreyanın təhlükəsiz strateji hədəfi ABŞ-ın hərbi təhdidləri ilə mübarizədə çox etibarlı qüvvədir. Şimali Koreya-ABŞ münasibətlərinin yaxşılaşdırılması fonunda aparılan danışıqlar indi ümidsiz görünür. Heç bir halda ABŞ Prezidentinə güzəştə getməyəcəyik”.
Qeyd edək ki, Kim Çen İn Koreya yarımadasını nüvə silahından təmizləyəcəyinə dair söz vermişdi. Lakin 2019-cu ilin fevral ayında Kim və Tramp görüşdükdən sonra Vaşinqton-Pxenyan münasibətləri yenidən pisləşməyə başladı. Görüş Şimali Koreyanın nüvə silahı proqramının ləğvi və ya BMT-nin sanksiyaları barədə heç bir razılaşma olmadan başa çatmışdı.