Şimali Koreya rəhbəri haqda iddialar dərinləşir

Dünya

23.04.2020 - 02:27

cedabet dərman SEO Xidməti

Kim Çen Inın komada olduğu və ölərsə, hakimiyyətin bacısına ötürüləcəyi deyilir

 

Daha əvvəl xəbər verdiyimiz kimi, Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası – KXDR) lideri Kim Çen Inın səhhətində ciddi problem olması barədə dünya mətbuatında xəbərlər yayılmışdı. Lakin rəsi Pxenyan bu xəbərləri təkzib edirdi.

 

Bu dəfə dünya mətbuatı xəbərlərin rəsmən təsdiq edildiyini yazır. AYNA xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyinin “Twitter” hesabında bu barədə məlumat yerləşdirildiyi iddia olunur.

 

Həmin xəbərdə deyilir: “Dövlət başçısı dərin meditasiyadadır və xarici siqnallara reaksiya vermir”.

 

Dünya mətbuatı onu da yazır ki, Kim Çen In dünyasını dəyişərsə, hakimiyyət onun kiçik bacısı Kim Ye Çjona ötürüləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş