Səudiyyə Ərəbistanı qənaətə keçir – COVID-19 böhranı

Dünya

11.05.2020 - 12:39

Hökumət ƏDV-ni üç qat artırdı

 

Səudiyyə Ərəbistanı koronavirusun zərbə vurduğu iqtisadiyyatı dəstəkləmək üçün qənaət tədbirləri çərçivəsində əlavə dəyər vergisini (ƏDV) üç qat artırıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Ər-Riyad hökuməti dövlət maliyyəsini artırmaq üçün yaşayış xərclərini (müavinət) təxirə salacağını da bəyan edib.

 

Məlumata görə, pandemiyanın təsiri qlobal enerji qiymətlərinin aşağı düşməsinə səbəb olduğundan, neftlə zəngin olan ölkənin də gəlirlərinin azaldığı müşahidə edilir. Beləliklə, Səudiyyə Ərəbistanı  iyulun 1-dən etibarən ƏDV-nin 5% -dən 15% -ə qədər artacağını, yaşayış xərclərinin (kommunal) mayın 1-dən etibarən dayandırılacağını bildirib. 2018-ci ildən dövlət işçilərinə ayda 1000 riyala (267 dollar, 245 avro) verilən müavinəti də, ƏDV və benzinin qiymətinin artması ilə yanaşı maliyyə yüklərini aradan qaldırmaq üçün kəsilir.

 

"Bu tədbirlər ağrılıdır, lakin orta və uzun müddət ərzində maliyyə və iqtisadi sabitliyi qorumaq, koronavirus böhranını ən az zərərlə aradan qaldırmaq üçün lazımdır" - deyə, ölkənin maliyyə naziri Məhəmməd əl-Jadaan açıqlayıb.

Müəllif: Ayna.az