“Mən çox sakitəm, çünki 2027-ci ilə qədər müqaviləm var və onu yeniləmək üçün səbirsizlənirəm”
"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior Səudiyyə Ərəbistanı klublarının marağı ilə bağlı sualı cavablandırıb.
“Mən çox sakitəm, çünki 2027-ci ilə qədər müqaviləm var və onu yeniləmək üçün səbirsizlənirəm. Bura ən yaxşı yerdir. Mən burada ən yaxşılarla oynayıram. Mən çox xoşbəxtəm", - deyə ulduz oyunçu deyib.
Vinisius 2018-ci ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm 24 yaşlı braziliyalı bütün yarışlarda 35 matçda meydana çıxıb, 17 qol vurub və 12 məhsuldar ötürmə edib.
“Transfermarkt”ın məlumatına görə, Vinisiusun dəyəri 200 milyon avrodur.