Şəmkirdə qadın bədbəxt hadisə nəticəsində ölüb 

Xəbərlər

08.12.2023 - 20:19

Qadın ehtiyatsızlıqdan məktəbin hovuzuna yıxılıb

Şəmkirin Şeyidlər kəndində yerli sakin ehtiyatsızlıqdan hovuza düşərək ölüb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə kəndin məktəbində qeydə alınıb.

Orada işçi olaraq çalışan 40 yaşlı Uğuzova İradə Oruc qızı məktəbin hovuzundan su götürən zaman ehtiyatsızlıqdan ora yıxılıb.Qadın boğularaq ölüb.

Qeyd edək ki, mərhum ailəli olub, 2 qızı var. Qadın məktəbdə ocaqçı olaraq çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az