Şəmkirdə ata qızını bıçaqlayıb, sonra intihar edib

Xəbərlər

03.06.2023 - 13:21

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır

Şəxsin qızına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı araşdırma aparılır. Bu barədə AYNA-ya Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 3-də Şəmkir rayon sakini 1976-cı il təvəllüdlü Rəna Cəfərovanın yaşadığı evdə xəsarət alması və 1941-ci il təvəllüdlü atası Sərdar Cəfərovun intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Sərdar Cəfərovun ailə münaqişəsi zəminində yaşadığı evdə qızı Rəna Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. Zərərçəkmiş Rəna Cəfərovanın vəziyyəti qənaətbəxşdir.

Müəllif: Ayna.az