Yeniyetmələrin mübahisəsi qanla nəticələnib
Şəki şəhərində yeniyetmələr arasında mübahisə onlardan birinin xəsarət alması ilə nəticələnib.
AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.
Əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.