Şəhid polkovnikin qızı: “Atamdan bircə istəyim var idi” - <font color=red> VİDEO</font>

Cəmiyyət

19.07.2020 - 16:47

cedabet dərman SEO Xidməti

Gülnarə Mirzəyeva: “Dilim gəlmədi deyim ki, ata, səni istəyirəm”

 

İyulun 12-dən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə başladığı döyüşlərdə həlak olan hərbçilərimizdən biri də polkovnik İlqar Mirzəyev olub.

 

AYNA xəbər verir ki, polkovnikin qızı Gülnarə Mirzəyeva ATV telekanalına müsahibəsində atası ilə bağlı xatirələrini bölüşüb.

 

O, ürəyində qalan arzusundan danışıb. Deyib ki, atasından bircə istəyi var idi, amma son telefon zəngində dilinə gətirə bilməyib. Deyə bilməyib ki, “ata, səni görmək istəyirəm”.

 

Gülnarə atası ilə fəxr etdiyini bildirib: “Atam dünyam idi, aldılar onu məndən. Mən onunla fəxr edirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş