Şəhid ailələri və müharibə əlillərinə 50 mənzil təqdim olunub

Xəbərlər

21.05.2021 - 16:46

Həkimlər Klinikalar SEO Xidməti

İndiyədək şəhid ailələrinə, əlillərə və onlara bərabər tutulan şəxslərə 9 670 mənzil və fərdi ev verilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub.

 

Nazirlikdən AYNA-ya bildirilib ki, mənzillərin sənədlərini qurumun tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov təqdim edib.

 

Bildirilib ki, bu il ərzində 3 000-dək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9 670 mənzil və fərdi ev verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş