Saxta spirtli içkilər hazırlayanlar saxlanılıb

Xəbərlər

04.02.2025 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

Balakən polisi dəstə üzvlərinə qarşı əməliyyat keçirib

Balakəndə polis əməkdaşları tərəfindən saxta spirtli içkilər hazırlayaraq satışnı təşkil edən dəstə üzvlərinə qarşı əməliyyat keçirib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunub.

Onlara məxsus Balakən, Zaqatala, Qax və Masazır qəsəbəsində yerləşən saxlanc yerlərinə baxış keçirilərkən xeyli sayda saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt, eləcə də digər avadanlıqlar aşkarlanıb. Əməliyyatlar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş