Mirziyoyev 87,5 faiz səslə qələbə qazanıb
Şavkat Mirziyoyev Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində 87,5 faiz səslə qələbə qazanıb.
AYNA xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
İlkin məlumata görə, Şavkat Mirziyoyevə 13 milyon 625 min 55 nəfərin və ya səsvermədə iştirak edən seçicilərin 87,5 faizi səs verib.
MSK-nın məlumatına görə, ölkədə seçki hüququna malik 19,5 milyon vətəndaşdan 15 milyon 671 min 405 nəfəri prezident seçkilərində iştirak edib.