Şarl Mişel Tbilisiyə gəlir

Dünya

26.02.2021 - 12:22

Həkimlər Klinikalar SEO Xidməti

Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək

 

Avropa Şurasının prezidenti Şarl Mişel gələn həftə Gürcüstana səfər edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, Ş.Mişel fevralın 28-də Moldovada, sonra Tbilisidə olacaq.

 

Avropa Şurasının prezidenti Gürcüstanda prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlamentin sədri Arçil Talakvadze ilə görüşəcək.

 

Görüşlərdə ikitərəfli münasibətlər, COVID-19-a qarşı mübarizə, eləcə də ölkədəki siyasi vəziyyət əsas müzakirə mövzusu olacaq.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş