Fransanın keçmiş Prezidentinə hökm oxunub
Paris İslah Məhkəməsi Fransanın keçmiş Prezidenti Nikola Sarkozini 2012-ci ildə seçkiqabağı kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə təqsirkar bilib.
AYNA xarici mediaya istinadən bildirir ki, Sarkozi cəzasını elektron müşahidə altında evdə oturmaqla çəkəcək.
Sabiq Prezident iclasa gəlmədiyi üçün hökm onun iştirakı olmadan çıxarılıb. Məhkəmə hesab edib ki, xərclərin qanunla müəyyənləşdirilən limitini ötməsinə baxmayaraq, Sarkozi seçkiqabağı mitinqləri davam etdirib. Kampaniyaya qanunda nəzərdə tutulan 22 milyon avro əvəzinə 42 milyon avrodan çox pul xərclənib.