Şamaxıda bələdiyyə binasında yanğın olub

Hadisə

27.06.2022 - 18:54

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Şamaxıda bələdiyyə binasında yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 400 m² olan bələdiyyəyə məxsus ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 1 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az