Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

Xəbərlər

26.05.2025 - 15:55

cedabet dərman SEO Xidməti

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb

2024-2025-ci il tədris ilinin ikinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq, 30 may 2025-ci il saat 17:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq.

Bu barədə AYNA.AZ-a MÜTDA-dan məlumat verilir.

 

Bildiririk ki, valideynlər 30 may tarixinə qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədləri ümumi təhsil müəssisələrinə təqdim etməlidirlər. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş