Sabunçuda ev yanıb

Hadisə

11.06.2022 - 20:44

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakının Sabunçu rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Müəllif: Ayna.az