Şabranda toyda karantin qaydaları pozulub

Xəbərlər

29.07.2021 - 13:52

Məclisin təşkilatçısı barəsində inzibati protokol tərtib edib

 

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Güləmli kəndində karantin qaydalarının pozularaq toy şənliyinin keçirilməsi müəyyən edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, məclisin sahibi Şabran rayon sakini Məstan Qəhrəmanova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

 

Rayon Polis Şöbəsi əməkdaşları həyətdə keçirilən məclisin təşkilatçısı barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.

Müəllif: Ayna.az