Sabiq deputat koronavirusa yoluxub: Araz Əlizadə bir aydır müalicə alır

Cəmiyyət

19.08.2020 - 12:46

Həkimlər Klinikalar SEO Xidməti

“Səhətimdə başqa problemlər də olduğu üçün müalicə prosesi bir qədər uzun çəkir”

 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq millət vəkili Araz Əlizadə koronavirusa yoluxub. AYNA-ya bu barədə partiya sədri özü məlumat verib.

 

Sabiq deputat 1 aya yaxındır ki, xəstəxanda COVID-19-dan müalicə aldığını deyib: “Hazırda səhətim normaldır, müalicə prosesi davam edir. Səhətimdə başqa problemlər də olduğu üçün müalicə prosesi bir qədər uzun çəkir. Həkimlər səhətimin normala doğru getdiyini deyirlər”.

 

Qeyd edək ki, Araz Əlizadə bir müddət əvvəl də böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş