Şəhid ailələrinə edilən güzəştlərlə bağlı yeni qərar

Cəmiyyət

11.09.2019 - 13:02

Baş Nazir “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib

 

Baş Nazir Novruz Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

 

AYNA Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinə istinadən xəbər verir ki, qərarda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin  səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Xüsusi  Dövlət Mühafizə Xidmətinin təklifinə əsasən, Azərbaycan  Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar   tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik  Toplusu, 1999, N: 3, maddə 191, N: 6, maddə 388, N: 8, maddə 534; 2002, N: 3, maddə 148, N: 4 (II kitab), maddə 199; 2003, N: 6, maddə 342; 2006, N: 5, maddə 474, N: 9, maddələr 819, 830; 2008, N: 2, maddə 130; 2009, N: 7, maddə 604; 2010, N: 3, maddə 264; 2012, N: 12, maddə 1356; 2016, N: 4, maddə 824, N: 7, maddə 1343, N: 9, maddə 1585, N: 11, maddə 1976; 2017, N: 2, maddə 306, N: 4, maddə 610, N: 5, maddə 994) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və  şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

 

21.1.2.6-cı yarımbəndə “daxili işlər,” sözlərindən sonra “xüsusi dövlət mühafizə,” sözləri əlavə edilsin. 2. 4.1-ci bəndin üçüncü abzasına  “Dövlət Sərhəd Xidmətinin” sözlərindən sonra “, Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri və dördüncü abzasına “Dövlət Sərhəd Xidməti” sözlərindən sonra “, Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri əlavə edilsin”.

Müəllif: Ayna.az