Dənizçilərimizin həyatı nəinki dənizdə, quruda da təhlükə altındadır - <font color=red> FOTO, VİDEO</font>

Cəmiyyət

19.11.2019 - 16:21

Həkimlər Klinikalar SEO Xidməti

“Həyat yoldaşım günlərlə dənizdə qalır, evə gələndə yatmağa yer olmadığı üçün avtomobildə gecələyir”

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə zəng etməklə baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, qəzaya düçar olan insanları xilas etmək və maddi itkiləri azaltmaq mümkündür. Nazirliyin rəsmi saytında qeyd olunan bu şüarşəkilli cümlələr qayğıdan xəbər verir. Kaş, hər şey deyildiyi kimi ola...

 

Bakının Xətai rayonu ərazisində, Nobel prospekti 110 ünvanında yerləşən yataqxananı, orada yaşayan dənizçi ailələrindən birinin başçısı Ruslan Ağayevin şikayəti üzrə ziyarət etdim. Uzaqdan gözə dəyməyən, amma hamının “morskoyun obşijiteli” kimi tanıdığı bu ünvanı tapmaq çətin olmadı, çünki düz yolun kənarında yerləşir.

 

Yaşayış binası “yataqxana” olsa da, buranın sakinləri doğru-düzgün öz yataqlarında yata bilmirlər. Çünki hər an binanın üzərilərinə uçacağından qorxurlar. Açığı, şikayətçi ilə telefonda danışanda onun binanın vəziyyəti barədə dediklərini şişirtdiyini düşündüm. Amma binanın həndəvərini və içərisini gəzəndən sonra təəccüb və təəssüf içində qaldım.

Raminə Eyvazqızı