Sabiq baş nefroloq koronavirusdan vəfat edib

Xəbərlər

15.04.2021 - 16:24

Həkimlər Klinikalar SEO Xidməti

Mehman Ağayev COVID-19 xəstəliyindən dünyasını dəyişib

 

Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri Mehman Ağayev vəfat edib. AYNA-nın APA-ya istinadən məlumatına görə, alim COVID-19 xəstəliyindən dünyasını dəyişib.

 

Qeyd edək ki, M.Ağayev 2010-cu ildə Azərbaycan Pespublikasının “Əməkdar Həkimi” fəxri adına layiq görülüb. 2011-ci ildən 2019-cu ilədək Səhiyyə Nazirliyinin baş nefroloqu işləyib.

 

1993-cü ildə Bakı səhəri 2 saylı kliniki xəstəxanasında ixtisaslaşdırılmış Nefroloji və 2006-cı ildə Hemodializ şöbələrini açıb və onlara rəhbərlik edib.

 

2010-cu ildən eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri təyin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş