Bakıya qar yağacaq, yollar buz bağlayacaq
Fevralın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağıntının qısa müddətə intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında tədricən kəsiləcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Gecə və gündüz 1-3° şaxta olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.
Rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var, gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq.