Dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var
Azərbaycanda iyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman. Şərq küləyi əsəcək. Gecə 17-22° isti, gündüz 30-35° isti , dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.