Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

07.06.2023 - 14:35

Bakıda 27 dərəcə isti olacaq

İyunun 8-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Gecə 16-20° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi rayonlarda arabir güclənəcək.

Gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18°, bəzi yerlərdə isə 22°-dək isti olacaq.

Müəllif: Ayna.az