Sabahın hava proqnozu

Xəbərlər

23.07.2023 - 14:11

cedabet dərman SEO Xidməti

Bakıda hava küləkli olacaq

Azərbaycanda iyulun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, şimal-qərb küləyi gündüz arabir güclənəcək. Gecə 21-26° isti, gündüz 27-32° isti olacaq.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyini ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 22-27° isti, gündüz 33-38° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş