Sabahın hava proqnozu

Xəbərlər

11.10.2020 - 14:35

Yağmursuz keçəcəyi gözlınilir

 

Azərbaycanda oktyabrın 12-də müşahidə ediləcək hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-16, gündüz 19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. 

 

Oktyabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi Şərq rayonlarında çiskinli yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 10-15, gündüz 22-26, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.  

Müəllif: Ayna.az