Sabahın “Dərs vaxtı”

Xəbərlər

31.05.2020 - 19:37

İyunun 1-i üçün teledərslərin cədvəli müəyyənləşdirilib

 

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin iyunun 1-i üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

 

Xatırladaq ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Müəllif: Ayna.az