Sabahdan İranda məscidlərin fəaliyyəti bərpa olunur

Dünya

11.05.2020 - 18:21

İranda məscidlərin fəaliyyəti ilə bağlı qərar verilib

 

İranda koronavirusa görə bağlanan bütün məscidlər sabahdan etibarən yenidən fəaliyyətə başlayacaq. AYNA xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “İRNA” məlumat verib.

 

Məlumata görə, bununla bağlı İran İslam Rabitə Agentliyinin prezidenti Muhammed Kumi açıqlama verib: “Səhiyyə naziri və digər səlahiyyətli şəxslərlə aparılan danışıqlar nəticəsində alınan qərara əsasən, sağlamlıq tədbirlərinə riayət olunmaq şərtilə çərşənbə axşamından etibarən ölkə daxilində bütün məscidlər yenidən açılacaq”.

 

Qeyd edək ki, İranda bu günə qədər 109 min 286 nəfər koronavirusa yoluxub, 6685 nəfər isə virusun qurbanı olub.

Müəllif: Mərahim Nəsib