Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

Xəbərlər

05.05.2020 - 14:01

cedabet dərman SEO Xidməti

Mayın 6-a olan hava proqnozu açıqlanıb

 

Sabahın hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumatına görə, mayın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 21-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək. 

 

Mayın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətəyi rayonlarda dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, mayın 6-da Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş