Sabah Bakıda temperatur 32 dərəcəyə yüksələcək

Xəbərlər

02.06.2020 - 13:06

Rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir

 

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, iyunun 3-də Bakıda  və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-23, gündüz  29-32, Bakıda  gecə 20-22, gündüz  30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək. 

 

İyunun 3-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz  33-38, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyunun 3-də Abşeron yarımadasında  meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az