Sabah Bakıda 13 dərəcə isti olacaq

Xəbərlər

28.01.2025 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Azərbaycanda yanvarın 29-a gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş