Aİ ölkələri mayın 14-də Rusiyaya qarşı növbəti sanksiyalar paketini razılaşdırmaq niyyətindədirlər
Avropa İttifaqı (Aİ) ölkələri mayın 14-də Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlmək niyyətindədirlər. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) üç avropalı diplomata istinadən məlumat yayıb.
Qeyd olunub ki, bazar ertəsi Aİ-yə üzv olan 27 ölkənin nümayəndələri “böyük dərəcədə” yeni anti-Rusiya məhdudiyyətləri ilə bağlı razılığa gəliblər.
"Moskvaya sanksiyalardan yayınmağa kömək edən Çin və başqa yerlərdəki şirkətləri hədəf alan 17-ci tədbirlər paketinin çərşənbə günü imzalanacağı və gələn həftənin əvvəlində rəsmi şəkildə təqdim ediləcəyi gözlənilir", - məlumatda vurğulanıb.
Mayın 12-də Aİ-yə üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini razılaşdırmağa başlayıblar.