Saatlıda birmərtəbəli evdə yanğın olub

Hadisə

01.02.2021 - 05:07

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Saatlı rayonunda yanğın baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Qeyd edilib ki, hadisə zamanı ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı 70 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az