Hökmün elanı məhkəmə zalında səs-küyə səbəb olub
Tiflis Şəhər Məhkəməsi Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilini 2021-ci ildə sərhədi qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib. AYNA.AZ xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb.
Hökmü hakim Mixail Cinçoliya oxuyub. Hökmün elanı məhkəmə zalında səs-küyə səbəb olub. Məhkəmə icraçıları sabiq Prezidentin tərəfdarlarını məhkəmə zalından çıxarmağa məcbur olublar. Saakaşvili prosesdə iştirak etməyib.
Qeyd edək ki, 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. Daha sonra ona sərhədi qanunsuz keçmək ittihamı ilə də cinayət işi açılıb.