Tərəflər xarici nümayəndəliklərin fəaliyyətini müzakirə ediblər
Rusiya Xarici İşlər Nazirliyi (XİN) rəhbərinin müavini Sergey Ryabkov ABŞ-ın Moskvadakı səfiri Lin Treysi ilə planlaşdırılmış danışıqlar aparıb. Tərəflər xarici nümayəndəliklərin fəaliyyətini müzakirə ediblər. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib. Bu, xarici qurumların fəaliyyətinə həsr olunub", - diplomat bildirib.
Bundan əvvəl ABŞ-ın Moskvadakı səfiri Treysi Rusiya XİN-də olub. Rusiya XİN səfərin səbəblərini açıqlamayıb və əlavə olaraq ətraflı məlumatın sonra veriləcəyini bildirib.