Ruslan Əliyev: "Xırdalandakı partlayışla bağlı araşdırma davam etdirilir"

Xəbərlər

26.01.2021 - 18:16

Partlayışın baş verdiyi ərazidə "Azəriqaz"a məxsus heç bir yeraltı qaz kəmərinin yerləşmədiyi bildirilib

 

"Abşeron rayonunun Xırdalan şəhərindəki 27-ci məhəllədə partlayış baş verən ikimərtəbəli evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir".

 

AYNA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

 

"Hazırda mütəxəssislər Xırdalandakı partlayışla bağlı araşdırmanı davam etdirir. Ərazidən "Azəriqaz"a məxsus heç bir yeraltı qaz kəməri yerləşmir. Partlayış həyət evinin daxilində baş verib. Hadisəyə qaz sızması və yaxud balon qazı səbəb olub, o da məlum deyil. Bununla bağlı müvafiq qurumlar araşdırma aparır", - deyə o, qeyd edib.

Müəllif: Ayna.az