Rusiyanın məşhur yazıçısı vəfat edib

Dünya

01.09.2020 - 18:16

Krapivinin ürək çatışmazlığından öldüyü bildirilir

 

Sovetlərin və Rusiyanın məşhur yazıçısı Vladislav Krapivin vəfat edib. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, 82 yaşlı yazıçı bir müddət əvvəl xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilibmiş. Aktyorun ürək çatışmazlığından öldüyü bildirilir.

 

Qeyd edək ki, Krapivin 1938-ci ildə Tümen şəhərində anadan olub. Yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayan yazıçı 1974-ci ildə Lenin komsomolu mükafatına, 2014-cü ildə isə Rusiya Federasiyası Prezidentinin mükafatına layiq görülüb.

 

Onlarla povest, roman müəllifi olan V.Krapivin daha çox uşaq yazıçısı kimi tanınıb. 2016-cı ildə Beynəlxalq Astronomiya İttifaqı 407243 saylı asteroidə Krapivinin adını verib.

Müəllif: Ayna.az