Səfir: "Maraqlarımızın nəzərə alınacağını gözləyirik"
Rusiyanın ABŞ-ın xidmətlərinə və ya yardımına ehtiyacı yoxdur, lakin qarşılıqlı faydalı əlaqələrin qurulması üçün hörmət tələb edir.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Montereydə Middlberi Beynəlxalq Araşdırmalar İnstitutunun tələbələri qarşısında videoformatda çıxış edərkən bildirib.
“ABŞ-ın hər hansı xüsusi xidmətlərinə və ya yardımına ehtiyacımız yoxdur, lakin qarşılıqlı faydalı əlaqələrin qurulması üçün hörmət tələb edirik. Maraqlarımızın nəzərə alınacağını gözləyirik”, - diplomat vurğulayıb.
“Hazırkı turbulent qlobal şəraitdə biz rusiyalılar və amerikalıların təhlükəsizliyi və inkişafı naminə əməkdaşlıq etməyi öyrənməliyik. Rusiya tərəfi belə işə hazırdır”, - Antonov bəyan edib.