“Rusiya XİN başçısının müavini səfirə etirazını bəyan edib”
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova deyib.
“Rusiya XİN başçısının müavini Sergey Ryabkov ABŞ səfirinə Rusiyadakı icazəsiz aksiyalarla bağlı səfirlik tərəfindən dərc olunan məlumatla bağlı etirazını bəyan edib. Rəsmi Moskva yanvarın 23-də Rusiyada baş vermiş iğtişaşlarla bağlı ABŞ səfirliyinin dərc etdiyi məlumatı ölkənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib”, - deyə Zaxarova əlavə edib.