Göyərtəsində 16 nəfərin olduğu nəqliyyat vasitəsi tayqada sərt eniş edib
Rusiyada L-410 sərnişin təyyarəsi qəzaya uğrayıb. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, hadisə ölkənin İrkutsk vilayətində baş verib.
Göyərtəsində 16 nəfərin olduğu nəqliyyat vasitəsi tayqada sərt eniş edib. Nəticədə təyyarə alışmağa başlayıb.
İlkin məlumatlara görə, sərnişinlərin hamısı sağdır. Hadisə yerində xilasetmə işlər aparılır.