Təyyarədə 34 sərnişin olub
Rusiyada “Avrora” aviaşirkətinə məxsus sərnişin təyyarəsində “HZ-3630” reysi ilə Cənubi Saxalin bölgəsindən şimala – Oka şəhərinə uçarkən texniki nasazlıq yaranıb.
AYNA xəbər verir i, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hidrosistemdə yaranan problem səbəbindən təyyarə məcburi eniş edib.
Təyyarədə 34 sərnişin olub. İlkin məlumatlara görə, zərərçəkən olmayıb.