Koronavirus can almaqda davam edir
Rusiyada koronavirusa yoluxanların sayı 1,75 milyon nəfəri keçib.
AYNA-nıb məlumatına görə, ölkədə son sutka ərzində 20 396 nəfər virusa yoluxub, 364 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 1 753 836 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 30 251 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 1 312 927 nəfər virusdan sağalıb, 410 658 nəfərin müalicəsi isə davam edir.