Rusiyada koronavirusa yoluxma sayı azalıb

Dünya

24.05.2020 - 13:18

Son sutkada yoluxma halları üç həftənin göstəricisinə baxanda ən aşağı səviyyədədir

 

Rusiyada son sutkada aşkar edilən koronavirusa yoluxma hallarının sayı üç həftənin göstəricisinə baxanda ən aşağı səviyyədədir. AYNA Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə Əməliyyat Qərargahı məlumat yayıb. Məlumatda qeyd olunub ki, son bir gündə 8 min 599 yeni yoluxma qeydə alınıb.

 

Bununla da Rusiyada pandemiya başlayandan bəri yoluxmuş insanların ümumi sayı 85 bölgədə 344 min 481-ə çatıb. Bütün dövrdə 3 min 541 ölüm qeydə alınıb, 113 min 299 nəfər isə sağalıb.

 

Mayın 24-də 9434 hadisə qeydə alınıb. Xəstəliyin ümumi sayı 335.882 olub.

 

"Rospotrebnadzor"un rəhbəri Anna Popova açıqlamasında bildirib ki, ölkədəki mövcud vəziyyət düzəlir. Amma xüsusi tələblərə diqqət eləmək lazımdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş