Rusiyada heyvanların COVID-19-a qarşı vaksinasiyasına başlanılıb

Dünya

27.05.2021 - 05:28

Həkimlər Klinikalar SEO Xidməti

Vaksinasiyanı özəl və dövlət klinikaları həyata keçirir

 

Rusiyada heyvanların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

 

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında “Rosselxoznadzor” rəhbərinin müşaviri Yuliya Melano bildirib.

 

“Rusiyanın bir sıra regionlarında baytar klinikaların bazasında ev heyvanlarının COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Vaksinasiyanı heyvanların sağlamlığının mühafizəsi üzrə Federal Mərkəzin istehsal etdiyi peyvənd preparatının göndərildiyi özəl və dövlət klinikaları həyata keçirir”, - deyə Y. Melano vurğulayıb .

 

Qeyd edək ki, rusiyalı alimlər tərəfindən hazırlanan heyvanların koronavirus əleyhinə vaksin preparatı “Karnivak-Kov” adlanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş